MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2021-12-17 12:53:09 527

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları XI Respublika elmi konfransında iştirak ediblər

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Ş.Mehdiyevin xatirəsinə həsr olunmuş “Karbohidrogenlərin yaranması, miqrasiyası və yığılması” mövzusunda XI Respublika elmi konfransında iştirak ediblər.

Akademik Ş.Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş konfransda AMEA Neft və Qaz İnstitutunun “Neft-qaz geofizikası“ şöbəsinin əməkdaşları Gülnarə Əlizadə və Ülkər Quliyevanın “Cənubi-Xəzər çökəkliyində neft-qaz yataqlarının yaranmasında tektonik qırılmaların rolu vardır mı? “ mövzusunda təqdimatları keçirilmişdir. Təqdimat coşqun diskussiyaya səbəb olmuşdur. Mövzu ətrafındakı suallar yüksək səviyyədə cavablandırılmışdır. Təqdimat dinləyicilərin böyük marağına səbəb oldu və bəyənildi