MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2020-07-21 08:11:27 956

Akademik Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA Neft və Qaz İnstitutunun direktor v.i.e. akademik, geologiya-mineralogiya elmləri doktoru, professor Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
AMEA Neft və Qaz İnstitutunun kollektivi, akademik Fəxrəddin Qədirovu "Əməkdar elm xadimi" fəxri adına layiq görülməsi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və gələcək elmi, pedaqoji və ictimai fəaliyyətində uğurlar arzu edir.