MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2022-06-16 10:33:00 421

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı YAP Yasamal rayonunun “15 iyun – Milli Qurtuluş günü ”nə həsr edilmiş tədbirdə iştirak edib

AMEA Neft və Qaz Institutunun şöbə müdiri, Yeni Azərbaycan Partiyası Yasamal rayonu AMEA Neft və Qaz İnstitutu ərazi ilk partiya təşkilatının sədr müavini, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında 14 iyun 2022-ci il tarixində münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak edib. Tədbirdə çıxış edənlər “15 iyun – Milli Qurtuluş günü”nü səciyyələndirən başlıca ictimai-tarixi məqamlara toxunmaqla bu günün Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərinin nəticəsi olaraq Azərbaycanın müstəqilliyinin real təntənəsi günü kimi tarixə həkk olunmasını diqqətə çatdırmışlar. Tədbirin sonunda Milli Qurtuluş günü ilə əlaqədar təltifnamə təqdimatları olmuşdur.