MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2022-11-25 08:26:20 621

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşının AMEA-nın Xəbərləri jurnalında məqaləsi dərc edilib

Neft və Qaz İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımovun “Fizika-texnika və riyaziyyat elmləri seriyası” üzrə “AMEA-nın Xəbərləri” jurnalının 2022-ci ilin ikinci nömrəsində “A method for approximate determination of the indicators of development of a reservoir with rocks subjected to relaxation deformation in single-phase fluid flow” (“Mayenin birfazli süzülməsi şəraitində süxurları relaksasiyalı deformasiya olunan layın işlənilmə göstəricilərinin təqribi təyini üsulu”) adlı həmmüəlliflikli məqaləsi dərc olunub.