
Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşları respublika konfransında iştirak ediblər
24-25 noyabr tarixlərində Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşları institutun icraçı direktoru g.-m.e.d., prof. Vaqif Qurbanov, baş mühəndis Ehtibar Əliyev, Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov və şöbənin əməkdaşı Məhərrəm Mehtiyev AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi: sənaye və məişət tullantılarının təkrar emalı” mövzusunda keçirilən respublika konfransında iştirak ediblər. Konfransda həmçinin AMEA institutlarının, Gəncə şəhərinin ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfransın “Neft-kimya, kimya sənayesi tullantıları və təkrar emalı” bölməsi üzrə Fəxrəddin Kərimov “Neft-qaz sahəsi tullantılarının idarə olunması” mövzusunda çıxış edib.
Məqalə “Ətraf mühitin mühafizəsi: sənaye və məişət tullantılarının təkrar emalı” mövzusunda respublika konfransının materialları sənədində çap edilmişdir.