MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2022-12-01 11:26:07 686

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi və yekdilliklə gündəlik qəbul olundu.

İclasda t.e.n. Bünyad Kazımov 2022-ci ildə başa çatan “Süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin və ehtiyatların idarə edilməsinin proqnozlaşdırılması üçün yeni üsulların yaradılması” və f.-r.e.d. Ədalət Həsənov “Azərbaycanın neft-qazlı komplekslərinin stratiqrafik identifikasiyası” ETİ üzrə yekun hesabatın müzakirəsi barədə çıxış etdi.

İclasda Neft və Qaz İnstitutunun şöbələrinin 2022-ci ilin elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi. “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin hesabatını t.e.n. Bünyad Kazımov, “Neftli-qazlı hövzələrin analizi” şöbəsinin hesabatını f.-r.e.d. Ədalət Həsənov və “Neft-qaz geofizikası” şöbəsinin hesabatını g.-m.e.d. Namaz Yusubov təqdim etdi.

G.-m.e.d. Namaz Yusubov və şöbə müdiri Fəxrəddin Kərimov 2022-ci ildə əldə edilən mühüm elmi nəticələrin müzakirəsi barədə çıxış etdilər.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.