MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-02-10 09:02:53 619

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş iclas keçirilib

Əvvəlcə faciə nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanovun sədrliyi ilə keçirilən iclasda yardım kampaniyası ilə bağlı məsələyə baxılıb. İclasda institutunun əməkdaşları çıxış edərək qardaş Türk dövlətinə və xalqına zəlzələdə həlak olanlarla bağlı başsağlığı verdilər. Neft və Qaz İnstitutunda zəlzələdən zərərçəkən insanlara yardım edilməsi məqsədilə yardım kampaniyasına qoşulmaq qərara alınıb.