MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2023-02-21 08:37:38 599

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransa hazırlıq barədə görüş keçirildi

23-26 may 2023-cü il tarixlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFT STRATEGİYASI: Neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransa hazırlıq barədə görüş keçirildi.

Görüşdə institutun şöbə müdirləri və konfransın işçi qrupu iştirak etdi. İnstitutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov konfransın saytını nümayiş etdi. O, konfrans, konfransın mövzuları, təşkilat komitəsi, proqram komitəsi, işçi qrupu barədə məlumat verdi. O həmçinin elmi nümayəndələrin fəal iştirak etməsini və həmkarlarının bu konfransa cəlb olunmasını söylədi.

Sonda konfrans iştirakçıları tərəfindən sosial proqram və çöl işləri haqqında təkliflər irəli sürüldü və nəzərə alındı.