MINISTRY of SCIENCE and EDUCATION REPUBLIC of AZERBAIJAN

OIL and GAS INSTITUTE

Xəbər

2024-05-10 08:34:12 122

Neft və Qaz İnstitutunun əməkdaşının tədqiqat işi beynəlxalq nüfuzlu təşkilat olan “Amerika Geofiziklər Birliyinin (AGU)” elmi xəbər portalında (Eos) yayımlanıb.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı, Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin aparıcı elmi işçisi astrometriya və fəza cisimləri üzrə fəlsəfə doktoru Bəhruz Əhədovun tədqiqat işi "American Geophysical Union (AGU)" təşkilatı tərəfindən Eos xəbər platformasında müzakirə edilmiş və yayımlanıb. Eos AGU tərəfindən nəşr olunan mükafatlı elm xəbər jurnalıdır.

EGU24 konfransında “Caspian Sea Level Changes and Coastal Dynamics: A Case Study of the Gizil-Aghaj State Reserve Using Multi-Sensor Satellite Data” (Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil dinamikası: çox sensorlu peyk məlumatlarından istifadə etməklə Qızıl-Ağac Dövlət Qoruğunun tədqiqi) mövzusunda təqdimat olunub.

Konfrans müddətində AGU tərəfindən nəticələrin xəbərlər jurnalında paylaşılması üçün müraciət edilib. Bununla bağlı Bəhruz Əhədov və Eric Fielding (NASA JPL) ilə intervyu edilib. Əldə edilən nəticələrə əsasən yenilik, istifadə edilmiş data və metodlar eyni zamanda işin regionda önəmi haqqında vurğulanıb. Bu xəbər EGU24 konfransında iştirak edənlər sırasından seçilib. Xəzərin enməsi və onun sahil dinamikasına təsiri haqqında danışılıb. Xəbərlərdə nəticələr haqqında qısa danışılmış və kiçik bir hissəsi paylaşılıb.

https://eos.org/articles/as-the-caspian-sea-recedes-tectonics-may-help-shape-its-coastline