AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-03-27 10:30:46 925

AMEA Neft və Qaz İnstitutunda “Elm günü”nə həsr olunmuş onlayn tədbir keçirildi.

27 mart 2021-ci il tarixində “Elm günü”nə həsr olunmuş tədbir çərçivəsində AMEA Neft və Qaz İnstitutunun elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanovun başçılığı ilə onlayn formatda elmi seminar keçirildi.

Tədbirdə elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə müdirləri, instititun alimləri və gənc mütəxəssisləri iştirak etmişdir.

Əvvəlcə, elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov iclas iştirakçılarını Elm günü münasibətilə təbrik etdi və onlara gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Vaqif Qurbanov Azərbaycanda “Elm günü”nün təsis edilməsi tarixindən və elmin vəziyyətindən danışaraq, gənc elmi kadrların hazırlanması məsələsinin aktual olduğunu vurğuladı. İnstitutda və eləcədə AMEA-da, gənc elmi potensialının inkişaf etdirilməsinin prioritet tutulmasına əsaslanaraq, bu tədbirdə gənclərin çıxışlarına üstünlük verilməsini də qeyd etdi.

Tədbirdə II kurs magistrantları İsmayıl İsmayılov “Pirallahı strukturunun geoloji quruluşu: tektonikası və stratiqrafiyası” və Zülfüqar Ağayev “Ətraf mühitin qorunmasında Azərbaycanın dövlət siyasəti” mövzularında məruzələrlə çıxış etdilər. Məruzələr ətrafında müzakirələr aparıldı və müsbət qiymətləndirildi.