AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-04-15 10:58:03 976

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı Fəxri Fərmanla təltif olunub

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 06 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycanda geoloji proseslərin riyazi modelləşdirilməsi sahəsində xidmətlərinə görə və 70 illik yubileyi ilə əlaqədar texnika elmləri doktoru Mahir Rəsulov Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir.
AMEA Neft və Qaz İnstitutunun rəhbərliyi və kollektivi Mahir müəllimi təbrik edir, ona möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edir.