AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-18 10:22:19 868

AMEA Neft və Qaz İnstitutunda UFAZ tələbələrinin quyuların qazılması texnologiyaları üzrə təcrübəsi davam edir

AMEA Neft və Qaz İnstitutunda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin quyuların qazılması texnologiyaları üzrə təcrübəsi davam edir. AMEA Neft və Qaz İnstitunun «Müasir qazmanın nəzəri və tətbiqi problemləri» şöbəsində Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri Orxan Mürsəlli və Ramazan Səfərov təcrübəni davam etdirirlər. Burada AMEA-nın müxbir üzvi, t.e.d., prof. Qalib Əfəndiyev tərəfindən onlar üçün müəyyən olunan «Quyuların qazılması zamanı qoruyucu kəmərin endirilməsi prosesinin təhlili və etibarlılığının qiymətləndirilməsi» və «Qazma zamanı yaranan mürəkkəbləşmələrin erkən diaqnostikasında müasir üsullar» mövzusunda buraxılış işlərini yerinə yetirirlər.
Onlar təcrübə keçirdiyi zaman ərzində qoruyucu kəmərin endirilərkən yaranan qəza və çətinliklərinə aid işlərlə tanış olmuş və yaranan geoloji şəraitin və texnoloji prosesin pozulmasının təhlilində iştirak etmişlər. Quyuların qazılması zamanı yarana biləcək problemləri araşdıraraq onların müasir həllərinin araşdırmalarında və təkmilləşdirilməsi yollarını mənimsəmişlər. Həmçinin qoruyucu kəmərin endirilməsi zamanı çətinlik risklərinin təhlili ilə yaxından tanış olmuşlar.

Onlar təcrübə keçdiyi müddət ərzində geoloji kəsilişin xüsusiyyətlərini təyin etmək üçün «Karotaj» proqramı ilə tanış oldular və «Klaster» proqramından istifadə edərək məlumatların eyni tip qruplara bölünməsini öyrənmişlər.