AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-05-29 08:51:28 111

AMEA Rəyasət Heyətinin üzvlüyünə seçkilər keçirilib

AMEA-nın Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin üzvlüyünə seçkilər keçirilib. Bu məqsədlə akademik Vaqif Fərzəliyev sədr olmaqla 5 nəfərdən ibarət hesablayıcı komissiya yaradılıb. Gizli səsvermədə 46 üzv iştirak edib.

Beləliklə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, vitse-prezidentlər, akademiklər Dilqəm Tağıyev, İsa Həbibbəyli, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, Rəyasət Heyətinin üzvləri akademiklər Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Adil Qəribov, Fikrət Əliyev, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər.

http://science.gov.az/az/news/open/17017