
×
2021-06-18 11:41:54 819
Yer Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib
Iyunun 18-də AMEA-nın Yer Elmləri Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.
İclasda bölməyə daxil olan elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Seçkilərin nəticəsinə əsasən, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov isə Təbiət Tarixi Muzeyinin yekdilliklə baş direktoru seçiliblər.