AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-05-21 09:28:29 363

Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) üzrə vebinar

16 May saat 12:00-da Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində Elm və Texnologiyada Avropa Əməkdaşlığı (COST) üzrə vebinar keçirilmişdir.

Vebinar COST proqramı üzrə milli əlaqələndirici şəxs, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov tərəfindən onlayn aparılmışdır. Vebinarda COST layihələrinə qoşulmaq üzrə təlimatlardan bəhs olunmuşdur.

Vebinarda AMEA-nın institutlarıyla yanaşı, AMEA Neft və Qaz İnstitutu da iştirak etmişdir.

Layihədə təlimatlar barədə suallar verildi, müzakirələr aparıldı və tövsiyyələr olundu.