AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-08 17:48:20 894

Səmədov Fuad İbrahim oğlunun anadan olmasının 95-ci ildönümü

9 iyul 2021-ci il tarixində geologiya və mineralogiya elmləri namizədi, Azərbaycanın əməkdar mühəndisi, Lenin mükafatı laureatı, Qırmızı Əmək Bayrağı və Lenin ordenlərinin sahibi Səmədov Fuad İbrahim oğlunun anadan olmasının 95-ci ildönümüdür (1926-1969).

Geologiya-mineralogiya elmləri namizədi, Azərbaycanın əməkdar mühəndisi, Lenin Mükafatı laureatı Səmədov Fuad İbrahim oğlu (1926-1969) iyul ayının 9-da Şamaxı şəhərində anadan olmuşdur. 1949-cü ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geofiziki ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Y.İ.Səmədov 1949-1952-ci illərdə Neft Daşlarında geoloq, Azərneftkəşfiyyat dəniz qazma idarəsində baş geoloq, Gürgəndəniz(indiki Neft Daşları) qazma idarəsində baş geoloq, 1952-1960-cı illərdə Gürganneft (indiki Neft Daşlan NQÇİ) trestinin baş geoloq və direktor müavini, 1960-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin neft və qaz yataqlan problemləri institutunun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1960-cı ildə F.İ.Səmədov “Neft Daşlarının geologiyası” mövzusunda namizədlik dissertasiya müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsi almağa layiq görülmüşdür. 1963-cü ildə yeni təşkil olunmuş «Başdənizneft» İstehsalat Birliyinə baş geoloq təyin edilmiş və ömrünün sonuna qədər burada çalışmışdır. Bu dövrdə F.İ.Səmədov Xəzər dənizinin şelf zonalarında «Palçıq pilpiləsi», «Bahar», Səngəçal-Duvannı-Xərə-Zirə neft-qaz yataqlarının kəşfinə və açılmış yataqların regional işlənməsinin təşkilinə rəhbərlik etmişdir. O, elmi və istehsalat fəaliyyətilə yanaşı bir müddət indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ixtisas fənnindən mühazirələr oxumuşdur. F.İ. Səmədov 100-dən artıq məqalənin və 4 monoqrafiyanın müəllifidir. Onun neft sənayesinin inkişafındakı səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdi. O, «Əməkdar mühəndis» kimi yüksək və şərəfli ada layiq görülmüşdür. 1959-cu ildə «Qırmızı Əmək Bayrağı», 1966-cı ildə isə Lenin ordeni ilə təltif edilmişdir. 1961-ci ildə bir qrup mütəxəssislə birlikdə Azərbaycan dəniz yataqlarının kompleks mənimsənilməsinə görə Sovet məkanında ən böyük və şərəfli dövlət mükafatı sayılan Lenin mükafatına layiq görülmüşdür.

https://www.facebook.com/1042764972536431/posts/2521512811328299/?d=n