AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-22 10:54:13 908

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda çap olunub

AMEA Neft və Qaz İnstitutunun şöbə müdiri Bünyad Kazımovun və böyük elmi işçisi Kəmalə Nəsirovanın birgə müəllifliyi ilə “Qeyri-tarazlıqlı deformasiya olunan layda real qazın quyuya axını halında təzyiqin dəyişməsinin təqribi hesablanması metodikası” adlı məqaləsi “Neft və qazın texnologiyaları” (“Технологии нефти и газа”) jurnalının 2021-ci il üzrə dördüncü nömrəsində işıq üzü görüb.

Qeyd edək ki, sözügedən jurnal “Web of Science” elmi bazasının “Russian Science Citation İndex” (RSCİ) platformasında təmsil olunur.

http://www.nitu.ru/tng/2021_4.pdf