AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-03-17 13:47:06 497

Azərbaycan və Rusiyanın neft sektoruna dair perspektivli layihələr hazırlanacaq

AMEA-nın Neft və Qaz İnstitutu ilə Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqavilədə iki ölkənin neft sektoruna dair perspektivli layihələrin hazırlanması, Qafqaz regionunun və Xəzər dənizi akvatoriyasının çöküntü kompleksinin neft geologiyasının, stratiqrafiyasının və geokimyasının fundamental və tətbiqi problemlərinin həlli nəzərdə tutulub. Bundan əlavə, tərəflər birgə qeyri-ənənəvi və çıxarılması çətin olan karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi məqsədi ilə quyulardan və yer səthinə çıxışlardan götürülmüş çökmə süxurların litoloji və üzvi-maddənin geokimyəvi tədqiqatlarını aparacaqlar.
Eyni zamanda, müştərək ekspedisiyaların, laboratoriya tədqiqatlarının, elmi-praktiki konfrans və seminarların, görüşlərin, mühazirələrin təşkili də planlaşdırılır