TC Orta Doğu Texniki Universitetinin tələbəsi AMEA Neft və Qaz İnstitutunda təcrübə keçir
TC Orta Doğu Texniki Universitetinin (Şimalı Kipr Kampusu) tələbəsi AMEA Neft və Qaz İnstitutunda istehsalat təcrübəsi keçir.
Adnan Bünyatov TC Orta Doğu Texniki Universitetinin “Neft və qaz mühəndisliyi” ixtisası üzrə ingilis dilində təhsil alır və rəhbəri AMEA-nın müxbir üzvi, t.e.d., prof. Qalib Əfəndiyev tərəfindən AMEA Neft və Qaz İnstitutunun müvafiq şöbələrində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuşdur.
Təcrübə keçən tələbə ARDNŞ-nin Geofizika və Geologiya idarəsində quyularda aparılan geofiziki tədqiqat, qazma zamanı geoloji-texnoloji nəzarət sistemlərinin tətbiqi nəticəsində alınan nəticələr və geofiziklərin iş təcrübəsi ilə tanış olmuşdur.
Təcrübə zamanı görüləcək işlərə ARDNŞ-nin Geofizika və Geologiya idarəsi, “Azneft” istehsalat birliyinin iş təcrübəsi ilə tanışlıq, dünya neft sənayesi, o cümlədən Azərbaycan neft sənayesinin tarixi ilə tanışlıq və s. daxildir. Dünya neft təsərrüfatı tarixinin başlanğıcını təşkil edən, Bibiheybətdə qazılmış quyunun qazıldığı yerə getmiş və onun tarixi haqqında məlumat almışdır. Təcrübə hal-hazırda davam etdirilir və davamı Azərbaycan Dövlət Neft şirkəti müəssisələrində olacaqdır.