AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-28 11:51:37 865

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, Elmi Şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

İclasda t.e.n. B.Z.Kazımov “Azərbaycanın neft-qaz sahəsində vəziyyət haqqında” mövzusu üzrə təqdimatla çıxış etdi. Məruzəçi Azərbaycanın neft-qaz sahəsində 2021-ci ilin birinci yarımilinə dair hasilat, qazma və ixrac məlumatlarını diqqətə çatdırıb. Təqdimatda il ərzində cari müddətədək ölkəmizdə yataqların işlənilməsi və kəşfiyyatı, ehtiyatların mənimsənilməsi üzrə həyata keçirilən əməkdaşlıq layihələri, əlamətdar hadisələr, neft-qaz sahəsində idarə olunma məsələləri ilə bağlı mövcud tendensiyalar haqqında müfəssəl məlumatlar verilib. Məruzə ətrafında müzakirə aparılmış, belə məlumatların vaxtaşırı olaraq nəzərə çatdırılmasının məqsədəuyğunluğu qeyd edilib.

İclasda AMEA Neft və Qaz İnstitutunda aparılan tədqiqatların mövzuları müzakirə olunub.
İnstitutunun magistratura, doktorantura və dissertanturasına qəbul haqqında A.R.Hüseynov məruzə etdi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.