
×
2021-10-27 11:08:32 670
AMEA Neft və Qaz İnstitutunun şöbələrdaxili birləşmiş elmi seminarı keçirilib
AMEA Neft və Qaz İnstitutunun “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, prof. Qərib Calalov və “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin müdiri, t.e.d. Mahir Rəsulov şöbələrdaxili birləşmiş elmi seminarın keçirilməsinə start verdi. İlk elmi seminar 26 oktyabr 2021-ci il tarixində keçirildi.
Elmi seminarda “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsinin böyük elmi işçisi Samirə Məhərrəmovanın “Qazkondensat yataqlarının horizontal quyularla işlənilməsi prosesinin modelləşdirilməsi” mövzusunda məruzəsi dinlənildi.