AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-11-01 09:18:34 679

AMEA Neft və Qaz İnstitutu və Azərbaycan Mühəndislər Birliyinin birgə təşkilatçılığı ilə seminar keçirildi

Seminarda institutunun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov və şöbə müdiri Fəxrəddin Kərimov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və digər şəxslər iştirak etmişdir.

Elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov seminarı açaraq, seminar iştirakçılarını salamladı və onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli Azərbaycan Mühəndislər Birliyi ilə birgə təşkilatçılıqdan məmnun olduğunu və belə tədbirlərin mütəmadi olaraq təşkil olunacağını vurğuladı.

Seminarda təqdimatla çıxış edən SOCAR ("Azneft" İB) şirkətində geoloq kimi fəaliyyət göstərən Qalib Muradov olmuşdur. O, seminarda neft- qaz yataqlarının işlənilmə sistemlərindən, laya neftvermənin sabit saxlanması üçün süni təsir üsulları haqqında məsələləri üzrə danışdı.
Sonda diskussiya aparıldı və iştirakçılar aktiv şəkildə diskussiyada iştirak etdilər.