AMEA Neft və Qaz İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tədbiri institutun icraçı direktor, g.-m.e.d., prof. Vaqif Qurbanov açaraq, bu böyük qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yeri göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədlinin Zəfər Gününə həsr olunmuş videotəqdimatı nümayiş etdirilib.
Tədbirdə institutun Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin müdiri Bünyad Kazımov çıxış edərək, bu gün hər bir Azərbaycan vətəndaşı kimi biz də çox həyəcanlıyıq. Bu həyəcan qazanılan zəfərin gətirdiyi xoş bir həyəcandır. Qeyd edim ki, biz bundan sonra da illər boyu Zəfər gününü qeyd etdikdə də bu həyəcan bizlə addımlayacaq. Bu zəfərin qazanılması ilk növbədə ölkədə möhkəm ordu - xalq - dövlət birliyinin mövcud olması, bu istiqamətdə illərlə aparılan düşünülmüş dövlət siyasəti, müasir ordu gücü və mərd vətən övladlarının şücaəti sayəsində mümkün olmuşdur. Qəhrəman xalq kimi bizə zəfər yaraşır. Zəfər günü münasibətilə bütün xalqımızı, o cümlədən də institutumuzun əməkdaşların təbrik edirəm.
Sonda İkinci Qarabağ müharibəsi iştirakçısı Məhəmməd Dadaşov isə çıxış edərək, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Zəfər bayramının Azərbaycan xalqı üçün ən əhəmiyyətli tarixi günlərdən biri olduğunu, 44 günlük Vətən müharibəsində ordumuzun, xalqımızın və dövlətimizin möhkəm bir yumruq şəklində birləşməsinin qələbənin qazanılmasında mühüm rol oynadığını söyləyib.