
×
2021-11-04 15:43:36 699
AMEA Neft və Qaz İnstitutunun şöbələrdaxili növbəti birləşmiş elmi seminarı keçirilib
AMEA Neft və Qaz İnstitutunun “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, prof. Qərib Calalov və “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin müdiri, t.e.d. Mahir Rəsulov şöbələrdaxili ənənəvi birləşmiş elmi seminarın keçirilməsini davam etdirir. Növbəti elmi seminar 4 noyabr 2021-ci il tarixində keçirildi.
Elmi seminarda “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin elmi işçisi Gülşən Səmədovanın “Tükənmə rejimli qazkondensat yatağının işlənilmə prosesinin optimallaşdırılması” mövzusunda məruzəsi dinlənildi.