AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-11-17 11:59:19 875

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda icraçı direktor, elmi katib, Elmi Şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verdi.
İclasda AMEA Neft və Qaz İnstitutunun elmi struktur bölmələrinin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi.
“Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Qərib Calalov, “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin hesabatını t.e.d. Mahir Rəsulov təqdim etdilər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, alınmış mühüm nəticələr, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq elmi əlaqələr, elm və təhsilin inteqrasiyası, qrant layihələri və əməkdaşların elmi tədbirlərdə iştirakı haqqında məlumat verilmişdir. Hesabatların ətrafında müzakirələr aparılıb və tövsiyələr verildi.

Daha sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov magistratura, doktorantura və dissertantura üzrə kadr hazırlığının vəziyyəti haqqında məlumat verdi. Bu il institutda magistratura pilləsini 4 ixtisas üzrə 4 məzun bitirmişdir. Onlardan ikisi qırmızı və ikisi adi diploma layiq görülmüşdür. Bu ixtisaslara “Geokimya” ixtisaslaşması üzrə Zülfüqar Ağayev, “Sedimentologiya” ixtisaslaşması üzrə İsmayıl İsmayılov, “Quruda neft-qaz quyularının qazılması” ixtisaslaşması üzrə Anar Rəcəbli və “Dəniz neft-qaz və qaz kondensat yataqlarının işlənməsi” ixtisaslaşması üzrə Murad Gülməhəmmədov müdafiə etmişdir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qiyabi bölmə üzrə Emil Əliyev və Elmlər doktoru hazırlığı üzrə disseranturaya Ülviyyə Mövsümova qəbul olmuşdur.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.