AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-11-22 11:15:51 808

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verdi.

İclasda AMEA Neft və Qaz İnstitutunun elmi struktur bölmələrinin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi.

“Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin hesabatını t.e.n. Bünyad Kazımov və “Neft-qaz geofizikası”şöbəsinin hesabatını g.-m.e.d. Namaz Yusubov təqdim etdilər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, alınmış mühüm nəticələr, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq elmi əlaqələr, elm və təhsilin inteqrasiyası və əməkdaşların elmi tədbirlərdə iştirakı haqqında məlumat verilmişdir. Hesabatların ətrafında müzakirələr aparılıb və tövsiyələr verildi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.