
AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Beynəlxalq Elmi konfransda iştirak ediblər
AMEA Neft və Qaz İnstitutunun əməkdaşları 17-19 noyabrda Kiyev, Ukraynada keçirilən “Monitoring of Geological Processes and Ecological Condition of the Environment” (Geoloji proseslərin və ətraf mühitin ekoloji vəziyyətinin monitorinqi) adlı XV Beynəlxalq Elmi konfransda iştirak ediblər.
Konfransda Neft və Qaz İnstitutun şöbə müdiri Namaz Yusubov, dissertant Telli Şıxməmmədova və Aysel Məmmədova iştirak etmişdir. Burada dissertant Telli Şıxməmmədovanın “Lithological and facies models of productive strata of the Lower Kura sag and channels joining the hydrocarbon generation source with deposits” (Aşağı Kürün məhsuldar təbəqələrinin litoloji və fasiya modelləri və karbohidrogen istehsal mənbəyini yataqlarla birləşdirən kanallar) mövzusunda təqdimatı dinlənilib.
Qeyd edək ki, XV Beynəlxalq Elmi konfransda olan bütün təqdimatlar “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib və sertifikatlaşdırılıb.