AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-11-26 10:21:00 845

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun icraçı direktoru prof. Vaqif Qurbanov iclasın gündəliyi barədə məlumat verdi.

Gündəlikdə duran birinci məsələ üzrə “Neftli-qazlı hövzələrin analizi” və “Neftli-qazlı komplekslərin litologiyası” şöbələrinin hesabatını f.-r.e.d., Ədalət Həsənov təqdim etdi. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq elmi əlaqələr, elm və təhsilin inteqrasiyası və əməkdaşların elmi tədbirlərdə iştirakı haqqında məlumat verdi.

Məruzələr ətrafında müzakirələr aparıldı və tövsiyələr verildi.

Gündəlikdə duran ikinci məsələ üzrə institutun İctimaiyyətlə əlaqələr şöbəsinin hesabatını şöbə müdiri Könül Abbasova təqdim etdi.

İclasın sonunda AMEA Elmi kitabxanasından daxil olan məktub barədə Elmi şura üzvlərinə məlumat verildi.