
AMEA Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirovun həmmüəllifi olduğu kitab çap edilib
Belə ki, AMEA Neft və Qaz İnstitutunun baş direktoru və Geologiya və Geofizika İnstitutunun Müasir geodinamika və kosmik geodeziya şöbə müdiri, akademik Fəxrəddin Qədirovun həmmüəllifi olduğu “Yer fizikasının nəzəri kursu” kitabı çap edilib.
Nəşrin digər müəllifləri y.e.f.d. Rafiq Səfərov, y.e.f.d. Aynur Zamanova və g.-m.e.d. Abdulvahab Muxtarov, rəyçi Geologiya-minerologiya elmləri doktoru, professor Tofiq Əhmədovdur.
Kitab “Günəş sistemi və Yer haqqında ümumi məlumat”, “Seysmologiya və dərinlik quruluşu”, “Yerin qravitasiya sahəsi nəzəriyyəsinin əsasları”, “Yerin istilik sahəsi”,”Yerin maqnit sahəsi” və “Geodinamika” fəsillərindən ibarətdir.
Elmi əsərdə planetimizin müasir quruluşunu və mürəkkəb dinamikasını, eyni zamanda yerin formalaşmasını , inkişafını göstərən və son 4,5 milyard ildə baş verən fiziki proseslər haqqında bakalavr, magistr və digər gənc alim və mütəxəssislərə qısa nəzəri kurs təqdim edilir.