AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-17 12:07:00 261

AMEA Neft və Qaz İnstitutunda Bakı Dövlət Universitetinin tələbələri təcrübə keçirlər

Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinin sonuncu kurs tələbələrinin bir qismi AMEA Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi ilə “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsində təcrübə keçirlər. Tələbələr təcrübə müddətində şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin mövzusuna uyğun olaraq araşdırılan məsələlər haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər. Onlar eyni zamanda şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair zəruri informasiyalar əldə edirlər.