AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-03-31 12:11:01 254

AMEA Neft və Qaz İnstitutunda 31 Mart – Soyqırım Günü ilə əlaqədər tədbir keçirildi

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə institutunun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov bildirdi ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. 31 Mart – Soyqırım Günü hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi xatırlanacaqdır.

Sonra Gənc Alim və Mütəxəssislər Şurası sədri Pünhan Səmədli məlumat verdi ki, bu soyqırım tək Azərbaycan xalqına deyil, ümumilikdə Azərbaycana qarşı törədilmiş soyqırımdır. Belə ki, Bakıda soyqırım nəticəsində bir çox görkəmli ictimai binalar dağıdılmışdır ki , buna misal olaraq, İsmailiyyə binasının şərq tərəfi, İsgəndəriyyə mehmanxanası, Təzəpir məscid binası və s. göstərmək olar.

Tədbirin sonunda 31 Mart – Soyqırım Günü ilə əlaqədər hazırlanan slayd təqdim olundu.