AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-07-18 12:08:16 192

AMEA-nın Neft və Qaz İnstitutunda magistrantların yay imtahan sessiyası keçirilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli sərəncamına əsasən magistrantların iyunun 15-dən iyulun 15-dək yay imtahan sessiyası keçirilib.
AMEA-nın Neft və Qaz İnstitutunda imtahanlar 19, 24 İyun və 2, 3, 6, 7, 9, 10, 13 və 14 iyul tarixlərinə təyin edilmişdir. Pandemiya şəraiti ilə əlaqədar olaraq imtahanlar “Skype” proqramı vasitəsilə onlayn rejimdə keçirilib.
İnstitutda təhsil alan 4 magistrant 16 fənn üzrə imtahan vermiş və magistrantlar imtahanlarını yüksək qiymətlə başa vurmuşlar.
Qeyd edək ki, imtahanda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.