AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-07-22 14:16:34 1108

Tel-Əviv Universitetinin professoru akademik Fəxrəddin Qədirovun yubileyini təbrik edib

Mən dəfələrlə demişəm ki, Azərbaycan geologiyası sadəcə mürəkkəb deyil, olduqca mürəkkəbdir! Ölkə ərazisi unikal tektonik geodinamik və geoloji şəraitlə səciyyələnir. Azərbaycan Afrika, Ərəbistan və Avrasiya litosfer plitələrinin qeyri-xətti təması ilə bağlı olan yüksək seysmoaktiv zonada yerləşir. Respublika ərazisində mürəkkəb Böyük və Kiçik Qafqaz, həmçinin Talış dağ massivləri yerləşir. Dünyada mövcud olan palçıq vulkanlarının 30%-dən çoxu Azərbaycanın payına düşür. Burada praktiki olaraq bərk faydalı qazıntıların mühüm növləri aşkar edilib.
Hamıya məlumdur ki, Azərbaycanın karbohidrogen yataqları yalnız ölkə iqtisadiyyatında deyil, həmçinin Yer kürəsinin qlobal iqtisadiyyatında da böyük rol oynayıb və hələ uzun müddət oynayacaq. Bu kimi amilləri çox sadalamaq olar...
Bu cür mürəkkəb geoloji-geofiziki şəraitdə səmərəli funksional geofiziki tədqiqatlar aparmaq üçün olduqca yüksək səviyyəli mütəxəssislər lazımdır. Akademik Fəxrəddin Qədirov məhz belə ekspertlərdəndir.
Fəxrəddin Qədirov Azərbaycan, Qafqaz və Xəzər dənizinin qravimetrik xəritələrinin müəllifidir. Azərbaycanda seysmologiya elminin inkişafı da alimin adı ilə bağlıdır. AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geodinamika şöbəsinin müdiri olmaqla yanaşı, F.Qədirov həm də Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması Müqaviləsi Təşkilatının Azərbaycan üzrə seksiyasının sədridir...

Lev Eppelbaum, Tel-Əviv Universitetinin professoru