
×
2022-05-04 10:12:35 636
AMEA Neft və Qaz İnstitutunun doktorantının xaricdə elektron elmi jurnalda məqaləsi çap edilib
AMEA Neft və Qaz İnstitutunun doktorantı Əliyev Emil Malik oğlunun xaricdə dərc olunan geniş auditoriyaya açıq olan “Research & Reviews: Journal of Ecology and Environmental Sciences” elmi jurnalında “Legal Basis of Environmental Management: Challenges With Enforcing And Sustaining Environmental Compliance” adlı məqaləsi çap olunmuşdur. Doktorant “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru İbrahimova İradə Şahmar qızının elmi rəhbərliyi ilə institutda “Geoekologiya” ixtisası üzrə Yer elmləri üzrə fəlsəfə doktorluğu işini yerini yetirir.