AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-06-06 08:37:46 747

AMEA Neft və Qaz İnstitutunun “Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiya” və “Neft və qaz yataqlarının işlənməsi və istismarı” seksiyalarının birgə iclası keçirilmişdir

İclasda hər iki seksiyanın sədrləri g.-m.e.d., prof., Vaqif Qurbanov və AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qərib Cəlalov, sədr müavinləri g.-m.e.d. Namaz Yusubov və AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qalib Əfəndiyev, elmi katibləri Nurlana Quluyeva və Samirə Məhərrəmova, seksiyaların üzvləri, institutunun doktorantları, dissertantları, onların elmi rəhbərləri və məsləhətçiləri iştirak edirdi. İclasın gündəliyində əsas məsələ AMEA Neft və Qaz İnstitutunun doktorantları və dissertantlarının attestasiyası idi. Doktorantlar və dissertantlar dissertasiya mövzuları üzrə gördükləri işlərdən, dərc etdirdikləri elmi əsərlərdən və növbəti il üçün iş planları haqqında danışdıqdan sonra onlara verilən sualları cavablandırdılar. Onların hesabatları qənaətbəxş hesab olundu və faydalı tövsiyələr verildi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.