AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-07-01 14:12:44 184

AMEA Gənc Alim və Mütəxəssislər şuralarının yarımillik hesabatları dinlənilib

AMEA-nın institut və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının yarımillik hesabatları dinlənilib. Məruzələr elmi bölmələr üzrə təqdim edilib.

Yer Elmləri Bölməsinə (YEB) daxil olan institutların yarımillik hesabatını AMEA Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının bölmə katibinin müavini Aysel Məmmədova təqdim edib. O, qeyd edib ki, 2022-ci ilin ilk 6 ayı ərzində YEB-in tərkibinə daxil olan GAMŞ-nin qarşısına qoyulmuş bütün vəzifələr yerinə yetirilib. Natiq bildirib ki, keçirilən tədbirlər və yerinə yetirilən layihələr bir çox məsələlərin həllində əsaslı rol oynayıb. Bölmə üzrə gənclər yerli və beynəlxalq konfranslarda iştirak etmiş və qrant layihələrin qalibi olub. O, Neft və Qaz İnstitutundan başqa, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Geologiya və Geofizika İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi haqqında da çıxış etmişdir.