AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-07-26 12:44:12 151

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının “ANAS Transactions, Earth Sciences” jurnalında məqaləsi çap olunub

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları institutun icraçı direktoru g.-m.e.d., prof., Vaqif Qurbanov, f.- r.e.d. Ədalət Həsənov, Qızqayıt Abbasova ( Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Rəcəb Kazımov (Geologiya və Geofizika İnstitutu), Serqey Qalkin, Y.Savitskiy (Perm Milli Tədqiqat Politexnik Universiteti, Perm, Rusiya), Boris Osovetski və K.Kazımovun (Perm Milli Dövlət Tədqiqat Universiteti, Perm, Rusiya) həmmüəllifi olduğu məqalə “ANAS Transactions, Earth Sciences” jurnalında çap olunub.

Sözügedən məqalə “Elektron mikroskop üsulu ilə kaşir-vereya süxurlarının hidravlik parçalanmasının ətrafli tədqiqi” (“Детальное изучение трещиноватости гидроразрыва каширо-верейских пород методом электронной микроскопии”) adlanır.

Qeyd edək ki, bu məqalə “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib və sertifikatlaşdırılıb.

https://journalesgia.com/storage/798/Galkin_ANAS_Transactions_2022_1.pdf