AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-07-27 12:18:51 488

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının “ANAS Transactions, Earth Sciences” jurnalında məqaləsi çap olunub

AMEA Neft və Qaz İnstitutunun baş direktorun elmi məsləhətçisi, prof. Vaqif Kərimov və həmmüəllifi olduğu məqalə “Azərbaycanda istixana qazlarının coğrafiyası və miqyası” (“География и масштабы дегазации парниковых газов в Азербайджане jurnalında çap olunub.

https://journalesgia.com/storage/801/Kerimov_ANAS_Transactions_2022_1.pdf

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı, g-m.e.d Namaz Yusubovun “Palçıq vulkanizminin Cənubi Xəzər çökəkliyindəki neft-qaz yataqları ilə əlaqəsi” (“Связь грязевого вулканизма с нефтегазовыми месторождениями в Южно-Каспийской впадине”) jurnalında məqaləsi çap olunub.

https://journalesgia.com/storage/803/Yusubov_ANAS_Transactions_2022_1.pdf

AMEA Neft və Qaz İnstitutunun əməkdaşı, AMEA müxbir üzvü Qalib Əfəndiyev və həmmüəllifi olduğu məqalə “Qeyri-səlis klaster analiz əsasında neftin tərkib və xassələrinin onun keyfiyyətinə təsirinin təhlili” (“Analysis of the influence of the composition and properties of oils on their quality based on fuzzy clustering”) jurnalında çap olunub.

https://journalesgia.com/storage/804/Efendiyev_ANAS_Transactions_2022_1.pdf

Qeyd edək ki, bu məqalələr “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib və sertifikatlaşdırılıb.