AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-08-23 11:17:43 96

Allah rəhmət eləsin!

Strekov Anatoli Sergeyeviç 1945-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1975-ci ildə "Neft və qaz quyularının qazılması" AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1967-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Layların neftveriminin artırılması üsulları" laboratoriyasında laborantdan laboratoriya rəhbərinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1980-1984-cü illərdə bu institutun dissertantı olub. 1987-ci ildə o "Neft hasilatında suda həll olunan polimerlərin reoloji xassələrinin tənzimlənməsi yolu ilə, tətbiq edilməsi səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1994-cü ildə isə "İşçi agentlərin hərəkətliyinin tənzimlənməsi yolu ilə layların neft veriminin artırılmasının fiziki-kimyəvi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 2003-2016-ci illər arası Geologiya və Geofizika İnstitutunda "Layların neftveriminin artırılması üsulları" laboratoriyasının rəhbəri işləmişdir. 2016-ci ildən isə Neft və Qaz İnstitutunun “Müasir qazmanın nəzəri və tətbiqi problemləri" şöbəsinin baş elmi işçisi olaraq işləmişdir.

Strekov A.S. neft yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: laya fiziki və kimyəvi sahələrlə təsir zamanı neftin sıxışdırılmasının fiziki-kimyəvi qanunauyğunluğunun tədqiqi və onların bazasında neftveriminin artırılmasının və neft hasilatının intensivləşdirilməsinin artıq məlum olan və yeni yaradılan üsul və texnologiyalarının təkmilləşdirilməsi olub. Strekov A.S. 110-dən artıq elmi məqalənin müəllifidir. İxtiralara görə 2 müəlliflik şəhadətnaməsi alıb.