AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-12 15:43:50 55

Neft və Qaz İnstitutunda I kurs magistrantları ilə görüş keçirilib

Görüşün keçirilməsində məqsəd magistrantlarla tanışlıq, cari ilin tədris prosesində təhsilin təşkili və davamlılığının təmin edilməsi olub.

Görüşdə institutun icraçı direktor, g.-m.e.d., prof. Vaqif Qurbanov, Təhsil şöbəsinin müdiri Arif Hüseynov və Neft və Qaz İnstitutunun I kurs magistrantları iştirak ediblər.

Görüşü Vaqif Qurbanov açaraq tələbələri magistraturaya qəbula görə təbrik edib. O, institutda magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və akademiyanın rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət və qayğı haqqında danışıb. Bildirib ki, gənclərin akademiyaya, elmə marağı artır və ona görə də AMEA-nın magistraturasına qəbul olmaq istəyənlərin sayı ildən-ilə çoxalır. Həmçinin, doktoranturaya və dissertanturaya qəbul imtahanlarında AMEA-nın magistrlərinin əla nəticə göstərmələri barədə danışıb və bunun akademiyada tədris prosesinin yüksək səviyyədə aparıldığının bariz nümunəsi olduğunu bildirib.

Sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov tədris prosesinin gedişi haqqında məlumat verərək tələbələri cari tədris məsələləri və dərs cədvəli ilə bağlı bir sıra zəruri metodiki xarakterli məlumatlarla tanış edib.

Sonda magistrantların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.