
Neft və Qaz İnstitutunda magistratura pilləsində əyani tədrisə start verilib
Dərslərin başlanğıcında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
15 sentyabr 2022-ci il tarixindən ənənəvi şəkildə Neft və Qaz İnstitutunda magistratura pilləsində I və II kurs üzrə “Geofizika mühəndisliyi”, “Geologiya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə əyani tədrisə start verilib.
2022-2023 cü il tədris ilində magistratura pilləsinə 8 magistrant daxil olub. Onlara birinci tədris ilində Yer elmləri bölməsinin tanınmış alimləri "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı üsulları", "Quyuların qazılması", "Neft və qaz mədən-geologiyası", "Yer fizikası" fənləri üzrə mühazirələr oxunacaqdır.
Neft və Qaz Institutunun Neftli-qazlı hövzələrin analizi şöbəsinin müdiri f.-r.e.d. Ədalət Həsənov və Təhsil şöbəsinin müdiri Arif Hüseynov yeni tədris ilində magistrantlara uğurlar arzulamışlar.