AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-11-10 08:26:19 684

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı Rusiyada beynəlxalq forumda iştirak edib

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində “Sərhədsiz elm” mövzusunda beynəlxalq forum keçirilib.

Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutan beynəlxalq foruma 400-ə yaxın iştirakçı qatılıb.

Forumda AMEA-nın Gənc Alim və Müxtəxəssislər Şurasının sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin rəhbərliyi ilə gənclərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Beynəlxalq tədbir çərçivəsində “Gənc alimlərin elmi-texniki fəaliyyətinin genişləndirilməsi və möhkəmləndirilməsi” sessiyasında Elmir Babayev çıxış edərək forumun mahiyyətindən danışıb. O, əməkdaşlıq perspektivlərinin və beynəlxalq əlaqələrin formalaşması baxımdan bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Qeyd edək ki, forumda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Könül Abbasova, AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun elmi işçisi, institutun Gənc Alim və Müxtəxəssislər Şurasının sədri Aydan Zeynalova və AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş mütəxəssisi Ceyhun Quliyev iştirak ediblər.