AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-11-17 14:40:45 422

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi və yekdilliklə gündəlik qəbul olundu.

İclasda akademik Fəxrəddin Qədirov Ulu Öndər Heydər Əliyevin 100-illik yubileyi ilə əlaqədar 2023-cü ildə beynəlxalq konfransın keçirilməsi haqqında məlumat verdi.
Gündəlikdə qeyd olunan məsələlər arasında 2022-ci ildə başa çatan “Ehtiyatı çətin çıxarılan neft yataqlarına dispers sistemlərlə təsir zamanı yaranan fiziki-kimyəvi və hidrotermodinamiki proseslərin tədqiqi” ETİ üzrə yekun hesabatın müzakirəsi barədə AMEA-nın müxbir üzvü Qərib Calalov çıxış etdi.

İclasda Neft və Qaz İnstitutunun şöbələrinin 2022-ci ilin elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi. “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Qərib Calalov, “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin hesabatını və “Neft-qaz texnologiyalarının geoloji əsasları” və «Геологические основы нефтегазовых технологий» dərs vəsaitlərinin nəşr edilməsi haqqında AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev təqdim etdi.

Gündəlikdə duran növbəti məsələ üzrə institutun Təhsil şöbəsinin müdiri Arif Hüseynov 2022-ci ildə qəbul olmuş magistratura, doktorantura və dissertantura qəbulu üzrə hesabatı təqdim etdi.

Daha sonra institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri y.e.f.d. Aytən Hüseynova 2022-ci ildə təşkil olunan tədbirlər və tədbirlərdə iştirak, yay məktəbi, uzun müddətli təcrübələr, açıq çağırışlar və ekspert bazalar üzrə hesabatı təqdim etdi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.