AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-02-02 10:53:14 398

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun gənc alim və mütəxəssisləri 2 Fevral – Gənclər Günü ilə əlaqədar muzeyləri ziyarət ediblər

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının müavini İsmayıl İsmayılov, katibi Rahilə Əliyeva və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Könül Abbasova 2 Fevral – Gənclər Günü ilə əlaqədar muzeyləri ziyarət ediblər. Gənclər Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarix Muzeyi, Bülbülün Memorial Muzeyi, Niyazinin Xatirə Muzeyi və Cəfər Cabbarlının ev zalında olublar.