AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-07-06 07:07:35 512

Şəki Olimpiya İdman Kompleksində gənc alimlərin “İnnovativ ideya düşərgəsi” start götürüb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində gənc alimlərin “İnnovativ ideya düşərgəsi” start götürüb.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, düşərgənin əhəmiyyətindən, gənc alimlərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən danışıb. Natiq Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə layihəsinin gənc alimlərin inkişafına təkan verəcəyini qeyd edib.

Daha sonra Şəki Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov çıxış edərək “İnnovativ ideya düşərgəsi”nin açılışı münasibətilə gənc elm adamlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev də öz çıxışı zamanı bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O, Gənclər və İdman Nazirliyi ilə AMEA-nın Gənc Alim və Müətəxəssislər Şurasının gənclər üçün təşkil etdiyi yay düşərgələrinin mütəmadi hal aldığını, ötən il də respublikanın müxtəlif bölgələrində 3 fərqli istiqamətli düşərgələrin keçirildiyini qeyd edib.

Düşərgədə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun gənc alimi İsmayıl İsmayılov iştirak edib və sertifikatla təltif edilib.