AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-09-04 11:16:11 388

Neft və Qaz İnstitutun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

İnstitutun şöbə müdiri Bünyad Kazımov və doktorantı Əsədulla Məmmədov 28-30 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və informatikanın problemləri” mövzusunda keçirilmiş 5-ci beynəlxalq konfransda (PCİ-2023) “Determination of the developing indicators of gas layers whose rocks are creeping deformation during operation by inclined wells” (“Maili quyularla istismar şəraitində süxurları sürüngəcli deformasiyaya uğrayan qaz laylarının işlənilmə göstəricilərinin təyini”) adlı məruzə ilə çıxış ediblər.