AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-10-03 18:00:42 307

Akademik Fəxrəddin Qədirov “Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası”nın böyük medalı ilə təltif edilib

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev dəvətlə “Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası” şurasının 36-cı iclasında iştirak ediblər.

Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş 3 günlük tədbirdə “Elmi tədqiqatların əsas istiqamətləri”, “Atom enerjisi və enerji təhlükəsizliyi”, “Kosmik tədqiqatlar sahəsində akademiyalararası əlaqələrin möhkəmləndirilməsi” və s. mövzularda məruzələr dinlənilib.

“Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyası Şurasının 30 illiyi: elmi fəaliyyət üfüqlərinin genişləndirilməsi” mövzusu üzrə çıxışlarda AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin nitqi və təklifləri maraqla dinlənilib.

Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının tərkibində səmərəli fəaliyyətinə görə Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov bu qurumun böyük medalı ilə təltif edilib.