AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbərlər

2020-12-30 08:47:07 22

AMEA Neft və Qaz İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin yekununa həsr olunan illik hesabat iclası keçirilib

29 dekabr 2020-ci il tarixində AMEA Yer elmləri bölməsinin və Neft və Qaz İnstitutunun Elmi şuralarının birgə iclasında AMEA Neft və Qaz İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında yekun hesabat dinlənilmişdir. İclas "Skype" platforması üzərindən onlayn formatda təşkil olunmuşdur. İclası giriş sözü ilə açan AMEA-nın I vitse-prezidenti, akademik İbrahim Quliyev iclas iştirakçılarını salamlayaraq, məruzə ilə çıxış etmək üçün sözü institutun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanova verdi. Belə ki, Vaqif Qurbanov cari ildə Neft və Qaz İnstitutunda 3 problemin həlli üçün 7 mövzu üzrə 8 elmi tədqiqat işinin aparılmasını və ilin sonunda 3 ETİ-non başa çatdığını qeyd etdi. O, başa çatmış ETİ-lərin nəticələri haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, yerinə yetirilən elmi tədqiqat işləri çərçivəsində 3 mühüm elmi nəticə alınmış və nüfuzlu elmi jurnallarda dərc edilmişdir. Vaqif Qurbanov AMEA RH tərəfindən maliyyələşən elmi tədqiqat proqramlarının yerinə yetirilməsi haqqında da məlumat verdi və alınmış nəticələr barədə danışdı. O, institutda SOCAR-ın sifarişi ilə yerinə yetirilən təsərrüfat müqaviləsi əsasında 1 iş çərçivəsində alınmış nəticələr və təkliflər barədə danışdi. İnstitutun beynəlxalq əlaqələri haqqına məlumat verərkən, Vaqif Qurbanov 2 yeni əməkdaşlıq sənədinin imzalanmasını qeyd etdi və xarici elmi müəssisələrlə institutun əlaqələrinin daha da genişlənməsini vurğuladı. O, institutda SOCAR, AR Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, Rusiyanın Fundamental Tədqiqstlar Fondu, İtaliyanın CNR mərkəzi tərəfinsən dəstək almış bir sıra qrant layihələrinin icra vəziyyətindən danışdı və 2 layihənin beynəlxalq statusa malik olduğunu qeyd etdi. Məruzəçi hesabat ilində institut əməkdaşları tərəfindən 38 məqalə və 16 tezisin, o cümlədən 29 məqalə və 7 tezisin xaricdə nəşr edildiyini vurğuladı. Bu məqalələrdən 22-sinin Web of Science və Scopus elmi bazalarında indeksləşən jurnallarda dərc edildiyini söyləyən direktor müavini, cari ildə institut əməkdaşlarının elmi əsərlərinə istinadların sayının 456 olduğunu bildirdi. Daha sonra isə cari ildə institutun strukturu, sosial sferada fəalıyyətı, maddi-texniki təhcizatı, elmi kadrların hazırlanması, təltif və mükafatlar haqqında da ətraflı məlumat verdi.
Yekun olaraq iclasda hesabat ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı və təkliflər dinlənildi. İclas iştirakçıları institutun kollektivinin 2020-ci il ərzində apardığı elmi-tədqiqat işlərinin nəticələrini yüksək qiymətləndirərək hesabatın qəbul edilməsini məqsədəuyğun hesab etdilər.