AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-05-30 12:28:14 56

Neft və Qaz İnstitutu ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında elmi fəaliyyətlərinə görə memorandum imzalanıb.

Görüşdə Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, elmi katibi y.e.f.d. Şəlalə Hüseynova, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin müdiri t.e.d. Mahir Rəsulov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nəzrin Erdoğan və İstanbul Gedik Universitetinin prorektoru və mühəndislik fakültəsinin dekanı prof. Dr. Halil Uğraş, Texnologiya və Transfer Ofisinin direktoru Dr. Feridun Özçakır və Magistratura İnstitutunun direktoru prof. Dr. Bahaddin Sinsoysal iştirak edib.

Memorandumun məqsədi elmi əlaqələrin inkişafına, elmi əməkdaşlığın təşviqinə və qarşılıqlı maraq doğuran sahələrdə elmi işlərin praktiki tətbiqinə yönəlmiş Tərəflərin bərabərhüquqlu əməkdaşlığıdır.

Tərəflər arasında nəzəri, laboratoriya tədqiqatları, habelə ekspedisiya işləri prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlığının həyata keçirilməsi, birgə qrant layihələrin hazırlanması və beynəlxalq təşkilatlara və fondlara təqdim edilməsi, müştərək elmi konfransların, simpoziumların, seminarların, müşavirələrin və işçi görüşlərinin təşkili nəzərdə tutulub.

Görüşdə həmçinin tərəflər arasında əməkdaşlıq əlaqələrinin bərqərar olması istiqamətində müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi.