AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2024-05-31 06:35:44 431

Neft və Qaz İnstitutunun əməkdaşı Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Yer Elmlərində və Mühəndislikdə Qadınlar İcmasının üzvü seçilmişdir

Neft və Qaz İnstitutunun elmi katibi Yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Yer Elmlərində və Mühəndislikdə Qadınlar İcmasının (EAGE Women in Geoscience & Engineering) 2024-2026 illər üzrə üzvü seçilmişdir.

Yer Elmlərində və Mühəndislikdə Qadınlar İcması cinsindən, yaşından və ixtisasından asılı olmayaraq əməkdaşlıq şəbəkəsini inkişaf etdirmək və geoelm və mühəndislik sahələrində bərabərliyi dəstəkləmək missiyası olan şəbəkədir.

Motivasiya məsləhətləri və mentorluq, karyera imkanlarının bərabər paylanması və qadınların sənayedə çalışması ilə bağlı problemlərin müzakirəsi İcmanın fəaliyyətinin əsasını təşkil edir. Eyni zamanda İcmanın fəaliyyəti qadınların iş/həyat balansının saxlanılması, ikili karyera və liderlik kimi məsələləri də əhatə edir.